12 minə razı saldılar - Sonra da “Qəbələ” deyir, pulumuz yoxdur…

17:40 Qəbələ 253
12 minə razı saldılar - Sonra da “Qəbələ” deyir, pulumuz yoxdur…

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.

Bölgə təmsilçisi Karim Rossini heyətinə qatıb.

Ötən mövsümü "Şamaxı"nın heyətində keçirən 32 yaşlı hücumçu Premyer Liqada 10 qol vurmaqla klubun bombardiri olub.

İsveçrəli forvard “Qəbələ”də yaxşı pul qazanacaq. Əlbəttə, “Şamaxı” ilə müqayisədə.

Əgər “şirlər” Rossiyə 5000 dollar əməkhaqqı ödəyirdisə, “qırmızı-qaralar”ın razılaşdığı məbləğ 12 min dollardır.

Sonra da deyirlər ki, “Qəbələ”nin pulu yoxdur. Pulları var, özü də bəs qədər.

Sadəcə, “ağlamağı” özləri üçün peşə seçiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti