“Qarabağ” bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu İslandiyada qarşılaşacağı “Vestri” önündə aşkar favoritdir.
Bu cütlüyün şanslarını dəyərləndirən xarici mütəxəssislər “Qarabağ”ı artıq növbəti mərhələdə hesab edirlər.
Futbol ekspertləri qarşılaşmanın formal xarakter daşıdığı qənaətindədir: “Qarabağ” evdə 3:0 hesablı qələbə qazanaraq vəzifəsinin öhdəsindən gəlib.
İslandiyanın aşağı liqasında mübarizə aparan “Vestri” isə ardından “Fylkir”ə də böyük hesabla (2:5) uduzub.
Onların “Qarabağ” önündə heç bir şansları yoxdur. Azərbaycan komandası üçün bu görüş yeni transferləri kollektivə uyğunlaşdırmaq baxımından şansdır”.
Mütəxəssislər “Qarabağ”ın səfərdə də qalib gələcəyini düşünürlər. Lakin bu dəfədə “Vestri”nin heç olmasa, 1 qol vurması proqnozlaşdırılır.
Reykyavikdə keçiriləcək “Vestri” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

