"Neftçi"nin Freddi Varqas məsələsində xoşbəxt sonluğa çatmasını xəbər vermişdik.
"Ağ qaralar" oyunçunun məxsus olduğu "Makkabi" ilə uzun sürən danışıqlardan sonra yarımmüdafiəçini heyətinə qata bilib.
İsrail tərəfi 2 milyon manat təzminat tələbində güzəştə gedib.
Söhbət təxminən yarım milyon manat endirimdən gedir.
Qarşı tərəf 800 min avro təzminat rəqəmində dayanıb.
Varqasın illik maaşında 150 min manat endirim etməsini təkrar xatırladaq.
Belədə "Neftçi" Cənubi amerikalı üçün 650 min avro verməli olub.
Futbolçu qısa müddətdə komandanın hazırlığına qoşulacaq.
Venesuelalı legioner ötən yay icarə əsasında "Neftçi"yə qoşulub.
27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.
XANOĞLAN / SPORTİNFO.AZ

