Mahir Emreliyə növbəti təklif İsrailin tanınmış klubundan gəldi

13:20 Gündəm 280
Mahir Emreliyə növbəti təklif İsrailin tanınmış klubundan gəldi

Azərbaycan millisinin və "Kayzerslautern"in (Almaniya) futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

"Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib.

Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir.

Daha əvvəl APOEL-dən (Kipr) imtina edən forvard iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti