"Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var" - Yeni baş məşqçi

17:20 Kəpəz 112
"Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var" - Yeni baş məşqçi

"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədov komandanın hazırkı durumu və hazırlıq prosesi haqda danışıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, o, əvvəlcə dünən "Qəbələ"yə uduzduqları yoxlama oyunundan söz açıb:

Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik.

Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir.

Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir.

Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq.

İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq".

Mütəxəssis komandaya yeni qoşulan futbolçulardan da danışıb:

"İkinci hissədə isə gənc futbolçulara, Akademiyamızın yetirmələrinə şans verdik.

Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır.

Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti