Paytaxt təmsilçisi transfer etmək istəyir - “Barselona”nın müdafiəçisini

18:40 İspaniya 87
Paytaxt təmsilçisi transfer etmək istəyir  - “Barselona”nın müdafiəçisini

“Atletiko”nun “Barselona”nın müdafiəçisi Ronald Arauxonu transfer etmək istədiyi bildirilir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, madridlilərin baş məşqçisi Dieqo Simeone uruqvaylı futbolçunun vəziyyətini yaxından izləyir.

İddialara əsasən, Arauxo yayda klubunu dəyişmək ehtimalını nəzərdən keçirə bilər.

“Atletiko” yeni mərkəz müdafiəçisi axtarışındadır və klub rəhbərliyi Arauxonu bu mövqe üçün ideal namizədlərdən biri hesab edir.

Hətta 27 yaşlı futbolçunun Madrid təmsilçisinin hücumçusu Xulian Alvaresin əks istiqamətdə mümkün transferində sözləşmənin dolayısı ilə və ya birbaşa tərkib hissəsinə çevrilə biləcəyi istisna edilmir.

“Transfermarkt” portalına əsasən, Arauxonun hazırkı bazar dəyəri 20 milyon avro qiymətləndirilir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti