“Bu, bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu”

“Bu, bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu”

"Sabah" əks-hücumlara çox sürətlə çıxır."

Sportinfo.az xəbər verir ki, bunu TNS-in (Uels) baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a məğlub olduqları cavab oyunundan sonra deyib.

Mütəxəssis komandasının matça yaxşı başladığını bildirib:

"İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu.

Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq.

Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.

Düşünürəm ki, ilk hissə 0:0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi.

"Sabah" yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik".

"Sabah" qitənin ən nüfuzlu klub turnirinin I təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti