Tural Lətifov karyerasını “Sabah”da davam etdirəcək.
O, klubun akademiyasında fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.
Tural Lətifov akademiyanın müxtəlif yaş qruplarında futbolçuların fiziki göstəricilərinin inkişaf etdirilməsi, məşq yüklərinin planlaşdırılması, testlərin keçirilməsi, bərpa prosesinin təşkili və zədələrin qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək.
UEFA C məşqçi lisenziyasına və RFS Fitness-C sertifikatına sahib olan mütəxəssis son olaraq “Neftçi” PFK-nın akademiyasında çalışıb.
Daha öncə isə “Difai Ağsu” və MOİK-də çalışıb. O, həmçinin Serbiya və Monteneqroda təşkil olunan təcrübə proqramlarında iştirak edib.
Tural Lətifovun əsas məqsədi “Sabah” akademiyasında müasir fiziki hazırlıq metodlarının tətbiqinə, futbolçuların fərdi inkişafına və aşağı yaş qruplarından əsas komandaya daha hazırlıqlı oyunçuların yetişdirilməsinə töhfə verməkdir.
SPORTİNFO.AZ

