“Sabah” növbəti transferini gerçəkləşdirib.
"Bayquşlar" Qodfred Boakye ilə müqaviləyə imza atıb.
Bu ilin fevral ayında “Birmingem”dən icarəyə götürülən 20 yaşlı mərkəz müdafiəçisi geridə qalan müddətdə əsas komandanın məşqlərində iştirak etsə də, “Sabah-2”nin şərəfini qoruyurdu.
Futbolçunun keyfiyyətləri Valdas Dambrauskasın qane etdiyindən, litvalı mütəxəssis gənc oyunçu ilə anlaşma imzalanmasını istəyib.
Belçikadan olan futbolçu üçün “Birmingem”lə aparılan danışlqlar müsbət nəticə verib.
Tərəflər arasında müqavilə bağlandığı barədə məlumatlara rast gəlsək də, sözləşmənin müddəti haqda xəbər yoxdur.
“Sabah” yay fasiləsində heyətini Yunes Laşab, Junior Almeyda, Eyden Makkarti, Patrik Mbina, Rodriqo Fernandeş, Ksander Severina və Amin Ramazanovla gücləndirib.
HƏBİB

