Premyer Liqanın son qalibi iki əcnəbi ilə əl sıxışdı

17:00 Sabah 230
Premyer Liqanın son qalibi iki əcnəbi ilə əl sıxışdı

Çempionlar Liqasına uğurlu start verən "Sabah" transfer bazarında növbəti addımlarını atıb.

Qitənin ən mötəbər turnirində ilkin mərhələni adlayan Masazır təmsilçisi iki yeni legionerlə anlaşma əldə edib.

Həmin legionerlər yarımmüdafiə və hücum xəttinə aiddir. Əcnəbilərin yaxın günlərdə Bakıya gəlməsi nəzərdə tutulub.

"Bayquşlar" ötən həftələr ərzində 6 transfer həyata keçirib.

Yunis Laçabı "Lill"dən (Fransa) icarəyə götürülübsə, Eyden Makkarti ("Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina ("Makkabi" Hayfa) və Amin Ramazanov ("Qarabağ") birbaşa müqavilə ilə kollektivə cəlb olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti