"Neftçi"nin qapıçısı bu hərəkəti ilə Vernidubu özündən çıxardı - VİDEO

21:00 Neftçi 475
"Neftçi"nin qapıçısı bu hərəkəti ilə Vernidubu özündən çıxardı - VİDEO

"Neftçi" Sloveniya toplanışına "Osiyek"lə matçla yekun vurdu - 0:1.

Düzdü, yoxlama görüşlərindəki nəticələr önəmli deyil.

Amma futbolçuların fərdi ustalığına qiymət vermək olar.

Məsələn, öz ampluasında qalan Kenan Piriçlə bağlı Yuri Vernidub ciddi-ciddi düşünməlidir.

Ki, adıçəkilən kiperlə yola çıxmaq çox təhlükəlidir.

Ötən mövsüm bir neçə oyunda "ağ qaralar"a problem yaratmışdı.

Kobud xətaları ilə.

"Osiyek"lə matçda da Kenan bənzər səhvlə yadda qaldı.

Lazımsız yerdə önə çıxdı...

Topu kənara vurmaq əvəzinə onunla riskli davranaraq rəqibə bağışladı.

"Osiyek"in futbolçusu bir qədər dəqiq ola bilsəydi topu boş qapıya göndərə bilərdi.

Bu dəfə "Osiyek"li oyunçu qeyri-dəqiq oldu.

Amma sabah rəsmi oyunlarda bu cür səhvlər bağışlanmayacaq.

Ukraynalı nə qədər gec deyil, çərçivəyə yeni transfer etməlidir.

Əks halda, mövsümün gedişində buna görə başını çox tutacaq.

SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz epizoda aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz;

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti