“Bu qərar hamımız üçün gözlənilməz oldu” - KAPİTAN

16 İyul 07:30 Zirə 847
“Bu qərar hamımız üçün gözlənilməz oldu” - KAPİTAN

“Mövsüm başa çatdıqdan sonra demək olar ki, hamımız istirahətə yollanmışdıq.

Birdən deyildi ki, avrokuboklarda iştirak ehtimalımız var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin kapitanı Ruan Renato deyib.

Brazialiyalı müdafiəçi avrokuboklarda iştirakın onlar üçün gözlənilməz olduğunu vurğulayıb:

“Təbii ki, bu qərar hamımız üçün gözlənilməz oldu. Məşqçilərimizin verdiyi proqram sayəsində istirahət zamanı müəyyən qədər formada qalmağa çalışırdıq.

Toparlana bildik. Məncə, ilk oyun üçün yaxşı nəticə oldu.

Bu qələbə gələcəkdə çempionata köklənməyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM