Karyerasını daha bir mövsüm burada davam etdirə bilər - Buraxmaq istəmirlər

00:00 İtaliya 56
Karyerasını daha bir mövsüm burada davam etdirə bilər - Buraxmaq istəmirlər

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını daha bir mövsüm “Milan”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi 40 yaşlı futbolçu ilə müqavilənin müddətinin uzadılacağına inanır.

Komandanın baş məşqçisi Ruben Amorim bir müddət əvvəl Modriçə şəxsən zəng edərək, onunla mövcud vəziyyəti müzakirə edib.

Bununla belə, yekun qərar hələ verilməyib. Yarımmüdafiəçi üçün ailəsinin fikri böyük əhəmiyyət daşıyır.

Dünya çempionatından əvvəl Modriçin yayda karyerasını başa vuracağı ilə bağlı xəbərlər yayılmışdı.

Ancaq Xorvatiya millisinin mundialla vidalaşmasından sonra onun daha bir il futbol oynamaq qərarına gəldiyi bildirilib.

Modriç ötən yay “Milan”a transfer olunub. O, komandanın heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu