Argentina İngiltərəyə qalib gəldi, ikinci finalçı oldu - DÇ-2026

16 İyul 01:10 Dünya çempionatı 520
Argentina İngiltərəyə qalib gəldi, ikinci finalçı oldu - DÇ-2026

Dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

Sportinfo.az xəbər verir ki,Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb.

Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.

85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı