Azərbaycan ilk dəfə dünya gənclər çempionatında təmsil olunacaq

16 İyul 03:20 Digər növlər 278
Azərbaycan ilk dəfə dünya gənclər çempionatında təmsil olunacaq

Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında mübarizə aparacaq.

Sportinfo.az federasiyaya istinadən xəbər verir ki, yarış iyulun 18–25-də İtaliyanın Arco şəhərində yerləşən "Rock Master Climbing Stadium"da təşkil olunacaq.

Bu çempionat gənc idmançılar üçün dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biridir və U-17 və U-19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növləri üzrə təşkil olunur.

Dünya gənclər çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançı iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı