“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxılışı izləyicilərin görüşünə gəlib.
Burada bir neçə məlumata yer verilib.
«Neftçi»nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin nəvəsinin «Barselona»nın akademiyasına qəbul olunduğu bildirilib. Mərhum çalışdırıcının ABŞ-də yaşayan oğlu Yusif Hacıyevin fikirlərinə yer verilib.
Həmçinin bildirilib ki, «Neftçi» Kabo-Verde yığmasının qapıçısı Vozinyonu diqqət mərkəzinə alıb.
Qeyd olunub ki, hazırkı dünya çempionatında iştirak edən 40 yaşlı kiper İspaniya ilə 0:0 bitən qarşılaşmada etdiyi seyvlərlə bakılıların maraq dairəsinə düşüb.
«Qarabağ» transfer bazarının ən hərəkətli iştirakçılarından biridir. Ağdam təmsilçisi bundan sonrakı periodda daha 3-4 yeni oyunçu almağı planlaşdırır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

