Əcnəbi baş məşqçi nə vəd verib bura gəlib?

15 İyul 10:40 Sumqayıt 1 388
Əcnəbi baş məşqçi nə vəd verib bura gəlib?

Filipe Kandido “Sumqayıt”ın yeni baş məşqçisi təyin olunub.

Sumqayıt təmsilçisi portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.

46 yaşlı mütəxəssisin son klubu 2025-ci ildə çalışdırdığı “Pakos de Ferreyra” (Portuqaliya) olub.

Yeni iş yerində Saşa İliçi əvəzləyən Filipe Kandido üzərinə böyük məsuliyyət götürüb. O. avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda formalaşdıracağını vəd edib.

Razılaşmaya əsasən, ”kimyaçılar” qitə arenasına vəsiqə qazanarsa, müqavilə daha 1+1 il müddətinə uzadılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM