Azərbaycan millisinin müdafiəçisinin “STOP”u götürüldü

01:20 Problem 118
Azərbaycan millisinin müdafiəçisinin “STOP”u götürüldü

“Eqnatiya”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin ölkədən çıxışına icazə verilib.

Sportinfo.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, hərbi xidmətə çağırılan 25 yaşlı futbolçu ilə bağlı AFFA və aidiyyəti dövlət qurumlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciəti müsbət nəticələnib.

Futbolçunun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması istiqamətində prosedur yekunlaşıb.

Qeyd edək ki, yay fasiləsində Bakıya gələn müdafiəçi iyulun 8-də toplanışa qatılmaq üçün Albaniyaya yollanmaq istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı. B

u səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməyib.

Bununla belə, Albaniya klubu Zamiq Əliyevin ən qısa zamanda komandaya qoşulmasını tələb edir.

Futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, onun adının növbəti təsnifat mərhələsi üçün UEFA-ya təqdim olunacaq iştirak ərizəsinə salınacağı özünə bildirilib.

2024-cü ildən “Eqnatiya”nın formasını geyinən Zamiq Əliyevin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Azərbaycan millisinin müdafiəçisinin ölkədən çıxışına icazə verildi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu