Azərbaycan bu həftə Avropada nə qədər qazandı?

Azərbaycan bu həftə Avropada nə qədər qazandı?

Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.

Sportinfo.az xəbər verir ki, son olaraq "Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi "Vestri"ni 3 cavabsız qolla üstələyib.

"Köhlən atlar"in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.

Daha əvvəl "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), "Zirə" isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın "Torpedo" klubunu (3:0) məğlub edib.

Hər iki komanda "Qarabağ" kimi ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.

UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!