"Liverpul"un şərəfini qorumuş ulduz "Qarabağ"dan təklif aldı - SON DƏQİQƏ

13:00 Qarabağ 703
"Liverpul"un şərəfini qorumuş ulduz "Qarabağ"dan təklif aldı - SON DƏQİQƏ

Cebrail Makreçkisi "Ferentsvaroş"dan sıralarına qatan "Qarabağ" bu klubun daha bir futbolçusuna elçi düşüb.

Ağdam təmsilçisi latviyalı müdafiəçidən sonra Nabi Keytanın xidmətində maraqlıdır.

"Köhlən atlar" qvineyalı ulduza istəyini rəsmi şəkildə bildirib. Macarıstan tərəfinə ona görə təklif göndərilib.

Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.

Nabi Keyta 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır.

2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur. Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib.

"Qarabağ" bu yay 8 transfer əməliyyatı həyata keçirib.

Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib (“Omoniya Aradippou", Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan) və Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan) komandanın sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti