Qadağa 37 gün sonra aradan qaldırıldı, Azərbaycanı tərk etdi

08:30 Problem 172
Qadağa 37 gün sonra aradan qaldırıldı, Azərbaycanı tərk etdi

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev “Eqnatiya”ya (Albaniya) qoşulmaq üçün Bakıdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a 25 yaşlı futbolçu özü məlumat verib.

Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.

Əliyev ötən gecə saat 04:45-də Bakıdan İstanbula uçub. Hazırda Türkiyədə olan müdafiəçi bu gün Albaniyanın Rroqojine şəhərinə yollanacaq.

Z.Əliyev iyunun 8-də Albaniyaya getmək istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı.

Bu səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!