“İlk oyunda qazandığımız qələbə heç nəyə zəmanət vermir”

02:00 Zirə 79
“İlk oyunda qazandığımız qələbə heç nəyə zəmanət vermir”

"Zirə"nin müdafiəçisi Anje Mutsinzi Konfrans Liqasının birinci təsnifat mərhələsinin Gürcüstan təmsilçisi "Torpedo Kutaisi" ilə ikinci oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan klubunun oyunçusu ilk oyunda 3:0 hesablı qələbənin komandanın növbəti mərhələyə yüksəlməsinə zəmanət vermədiyini vurğulayıb.

"Yaxşı komanda ilə qarşılaşırıq. Təəssüf ki, ilk oyunda qələbə növbəti mərhələyə yüksəlməyimizi təmin etmir.

Sona qədər mübarizə aparacağıq. İlk oyunun uğurlu nəticəsinə baxmayaraq, meydana yalnız qələbəni düşünərək çıxacağıq", - Mutsinzi bildirib.

Bu komandalar arasındakı ilk matç 3:0 hesabı ilə “Zirə”nin xeyrinə başa çatıb.

“Torpedo” - “Zirə” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu