“Bursaspor” Toralla Superliqaya vəsiqə qazanmaq istəyindədir

16 İyul 01:00 Bizimkilər 560
“Bursaspor” Toralla Superliqaya vəsiqə qazanmaq istəyindədir

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun yeni komandası “Bursaspor”un baş məşqçisi Mustafa Er fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında yeni transferləri dəyərləndirib:

“Toplanışı yüksək səviyyədə keçirik. Həm taktiki, həm də oyun baxımından nələr bacardığımıza baxırıq.

Çünki komandada yeni oyunçular var. Kollektivə 7 transfer cəlb olunub.

Onların hər biri yüksək səviyyəli futbolçulardır, bəziləri milli komandalarında çıxış edir. Onlardan gözləntilərimiz böyükdür.

Doğru transferlər həyata keçirdik və onların da köməyi ilə hədəfimiz I Liqanı çempion kimi tamamlayaraq Superliqaya vəsiqə qazanmaq olacaq”.

Baş məşqçi daha iki transfer reallaşdıracaqlarını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM