Duran ilk oyununda qol vurdu, “Seltik” darmadağın oldu - VİDEO

15 İyul 09:00 Qarabağ 1 018
Duran ilk oyununda qol vurdu, “Seltik” darmadağın oldu - VİDEO

“Qarabağ”dan “Seltik”ə (Şotlandiya) keçən Kamilo Duran yeni komandasında ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, o, “Sportinq”lə (Portuqaliya) yoxlama görüşündə fərqlənib.

64-cü dəqiqədə meydana daxil olan kolumbiyalı forvard 68-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Böyük Britaniya təmsilçisi burada 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM