“Qarabağ” daha bir əcnəbi ilə yollarını ayırmağa hazırlaşır. - FOTO

16 İyul 00:50 Qarabağ 1 394
“Qarabağ” daha bir əcnəbi ilə yollarını ayırmağa hazırlaşır. - FOTO

“Qarabağ” daha bir əcnəbi futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, AEK-in sabiq müdafiəçisi Ceremi Qnali bu yay komandasını dəyişməyə hazırlaşır.

Bildirilib ki, bu ilin fevralında Larnaka klubundan transfer olunan fransalı sol cinah oyunçusu ümidləri doğrultmayıb.

24 yaşlı futbolçu artıq bir neçə klubdan təklif alıb. Ağdamlılar onu icarəyə vermək niyyətindədir. Qnalinin “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Ceremi Qnali ötən mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 4 oyun keçirib.

jeremi qnali - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı