39 milyon avroluq transferi rəsmən açıqladı - “Fənərbaxça”

18:20 Türkiyə 159
39 milyon avroluq transferi rəsmən açıqladı - “Fənərbaxça”

“Fənərbaxça” heyətini tanınmış futbolçu ilə gücləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu “Marsel”in hücumçusu Meyson Qrinvudun transferini rəsmən açıqlayıb.

İngiltərəli futbolçu üçün ödənilən transfer məbləğinin 39 milyon avro olduğu bildirilir. Bu məbləğin 12,4 milyon avrosu Qrinvudun yetirməsi olduğu “Mançester Yunayted”ə çatacaq.

“Qırmızı şeytanlar” Qrinvudu 2024-cü ildə “Marsel”ə satarkən müqaviləyə gələcək satışdan müəyyən faiz əldə etməsinə imkan verən bənd daxil etmişdi.

24 yaşlı forvard ötən mövsüm Fransa təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 26 qol vurub və 11 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti