Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” “Vestri” ilə cavab oyununa hazırlaşır.
İndiki məqamda azarkeşlərin marağına səbəb olan sual qarşılaşmanın canlı yayımlanıb-yayımlanmayacağıdır.
TNS - “Sabah” matçından ömcə yayımçı şirkətin “CBC Sport”dan fantastik məbləğ tələb etməsi ilə oyunun canlı yayımlanması sual altına düşmüşdü.
Lakin aparılan danışıqlar qarşılaşmaya bir neçə saat qalmış müsbət həllini tapdı.
Hazırda “Vestri” – “Qarabağ” görüşü ilə bağlı müzakirələr davam edir.
Sportinfo.az olaraq “Qarabağ”ı dəstəkləyənlərə xoş xəbərimiz var.
Yayımçı şirkətlə “CBC Sport” arasında gedən danışıqlar başa çatmaq üzrədir. Artıq müsbət həllə doğru inkişaf müşahidə olunmaqdadır.
Oyunun birbaşa təqdim olunacağı böyük ölçüdə dəqiqləşib. Son anda ortaya hansısa əmma çıxmasa, izləyicilər İslandiyadakı oyunu mavi ekran qarşısında izləyə biləcək.
“Vestri” – “Qarabağ” dueli iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da başlayacaq.
Bakıda keçirilən ilk dueldə təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb.
HƏBİB

