Həvəskarlar Liqasında mübarizə aparan «Şəfa» yenidən fəaliyyətini dayandırıb.
Nadir Qasımovun prezidenti, Vüqar Nadirovun baş məşqçisi olduğu klub bir daha tarixin «arxivinə yollaınıb.
Səbəb nədir? «Şəfa»nın «vərəq»i bir məsələyə görə çevrilib.
Belə ki, ona maliyyə dəstəyi verməyi öz üzərinə götürmüş biznesmeen işləri yarımçıq dayandırıb və iddiasından geri çəkilib.
Tərəflər arasında ciddi fikir ayrılıqlarının əmələ gəldiyi deyilir. Güman ki, bu, klubun təsisçilik payı ilə bağlıdır.
Ortada müəyyən anlaşılmazlıqlar olduğundan, hər şey yarısçıq qalıb. Halbuki Qarabağ bölgəsini təmsil edən komandanın yaxın gələcəklə əlaqəli ciddi planlarından danışılırdı.
«Şuşa»nın növbəti mövsümdə Region Liqasında yarışmalı, II Liqaya vəsiqə qazanmağa iddia edəcəyi söylənilirdi.
Artıq futbolçuların hərəsi bir yerə dağılıb. Hamının nəzərinə çatdırılıb ki, borclarıqn ödənilməsindən əllərini üzsünlər, o da olmayacaq.
SPORTİNFO.AZ

