“Qarabağ”a görə azərbaycanlı futbolçularla maraqlanmağa başlayıblar”

“Qarabağ”a görə azərbaycanlı  futbolçularla maraqlanmağa başlayıblar”

"Cəlalın "Petrolul"a keçidiyindən xəbərdaram.

Ümid edirəm ki, burada yaxşı performans göstərəcək. Sonra da Rumıniya klubları Azərbaycandan digər oyunçulara da diqqət ayırıb, transfer edəcəklər".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit deyib.

"Roma"nın da formasını geyinmiş rumın veteran futbolçu milli komandamızın üzvü Cəlalın “Petrolul”a keçidini şərh edib.

Pitin fikrincə, Hüseynov “Petrolul”dakı uğurlu performansı Rumıniya klublarının azərbaycanlı futbolçulara marağının artmasına səbəb olacaq:

"Əminəm ki, belə də olacaq. Amma əvvəllər başqa cür idi. Əvvəlki illərdə daha çox Rumıniyadan Azərbaycana futbolçular yollanırdı.

“Qarabağ”ın Avropadakı uğurlu yolu çox vacib idi. Ona görə də insanlar Azərbaycan futbolçuları haqqında maraqlanmağa, diqqət ayırmağa başlayıblar.

Cəlalın da uğurlu performansı, azərbacanlı futbolçulara marağın artmasına səbəb olacaq. Bu da vacib məqamdır".

“UTA Arad”, “Bellinzona”, “Roma”, “Piza”, “Triestina”, “Universitatya Kluj”, “Vitorul” klublarında oynamış Pit 2011-2014-cü illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?