Rahid Əmirquliyev "Şahdağ Qusar"la yollarını ayırdığını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı vida müraciətində qərarın onun üçün asan olmadığını bildirib.
O, "Şahdağ Qusar"da təkcə futbol oynamadığını, həm də böyük bir ailənin üzvünə çevrildiyini vurğulayıb.
Əmirquliyev komandanın II Liqanın çempionu olmasını xüsusi qeyd edərək, bu uğurun bütün kollektivin, Qusarın və azarkeşlərin zəhmətinin nəticəsi olduğunu bildirib.
Təcrübəli futbolçu klub rəhbərliyi ilə yaranan fikir ayrılığı səbəbindən komandadan ayrılmaq qərarı verdiyini açıqlayıb.
O, bunun "Şahdağ Qusar"a olan sevgisini azaltmadığını, harada olmasından asılı olmayaraq komandanın uğurlarına sevinəcəyini və özünü hər zaman bu ailənin bir parçası hesab edəcəyini qeyd edib.
Rahid Əmirquliyev 2003-cü ildə "Şahdağ Qusar"ın heyətində Azərbaycan çempionatında debüt edib.

