“Sabah”la 0,250 qazandıq

08:40 Sabah 108
“Sabah”la 0,250 qazandıq

Sportinfo.az xəbər verir ki, “Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Bu, çempionumuzun Uelsdə TNS komandasına Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb. Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub.

Azərbaycan hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb. UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Bakıda rəqibini iki cavabsız qolla üstələyən “Sabah” qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda KuPS-la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!