"Messinin kim olduğunu bilirik, o, həmişə təəccübləndirməkdən əl çəkmir”

15 İyul 15:40 Dünya futbolu 350
"Messinin kim olduğunu bilirik, o, həmişə təəccübləndirməkdən əl çəkmir”

“Barselona”nın müdafiəçisi Jerar Martin dünya çempionatında onu ən çox təəccübləndirən futbolçunun Lionel Messi olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:

“2026-cı il dünya çempionatında məni kim təəccübləndirdi? Messi. Mövsüm ərzində onu çox izləmədim, amma turnirə əla formada gəldi.

Hamımız Messinin kim olduğunu bilirik, amma o, həmişə təəccübləndirməkdən əl çəkmir”.

Argentina millisi iyulun 15-də dünya çempionatının yarımfinalında İngiltərə yığması ilə qarşılaşacaq. Messi isə turnirdə vurduğu 8 qolla bombardirlər siyahısında yer alır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı