"Sumqayıt" ötən mövsüm yetirmələrinə ən çox şans verən ikinci klub oldu.
"Kimyaçılar" eyni yanaşmanı bu mövsüm də davam etdirəcək.
Bu barədə klubda üçtərəfli danışıq olub.
Klubun rəhbəri Riad Rəfiyev həm yeni baş məşqçi Filipe Kandido, həm də akademiyanın yeni direktoru Adil Şükürovla söhbətində istəyini açıq bildirib.
Təcrübəli funksioner Şükürovdan üzdə olan yaxşı yetirmələri əsas komandaya təqdim etməyi, portuqaliyalı mütəxəssisdən isə onlara maksimum oynamaq şansı verməyi tapşırıb.
Təbii ki, bu, "Sumqayıt"ın autsayder olacağı anlamına gəlməsin.
Kandido əcnəbilərlə yerlilərin vəhdətindən kollektiv quracaq.
Orta sıralarda möhkəmlənmək birinci tələb olsa da, komandanın avrokuboklar uğurunda mübarizənin içində olması istəklər arasındadır.
XANOĞLAN / SPORTİNFO.AZ

