Klublarımızla bağlı ehtiyatlı açıqlama: "Arxayınlaşmaq olmaz"

13 İyul 22:20 Azərbaycan Futbolu 244
Klublarımızla bağlı ehtiyatlı açıqlama: "Arxayınlaşmaq olmaz"

Klublarımız üçün avrokuboklar mövsümü əla start götürdü.

"Sabah"la başlayan qələbə seriyası "Zirə" və "Qarabağ"la davam etdi.

Hər üç təmsilçimiz də ilk görüşlərdə inamlı qələbə ilə yadda qaldı.

Tabloda hər şey ideal görünür.

Bəs komandalarımız meydanda necə göründü?

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Arif Əsədov sualımıza bu cür cavab verib:

"İlk öncə qələbə münasibətilə hər üç klubumuzu təbrik edirəm. İnşallah, davamı gəlsin.

"Sabah" və "Qarabağ"ın qələbələri gözlənilirdi. Amma "Zirə" ilə bağlı vəziyyət fərqli idi.

"Torpedo"un titul qazanması, liqalarının davam etməsi təhlükə yaradırdı. Amma şükürlər olsun ki, "Zirə" də inamlı qələbə qazandı.

Şanslarımız yüksəkdir. Klublarımızın toplanışdan qayıtması hiss olunurdu. Həm "Sabah"ın, həm də "Qarabağ"ın oyununda ilk dəqiqələrdə gərginlik vardı. Lakin ilk qolu vurandan sonra üç klubumuz da daha rahat oynamağa başladı.

Optimal formada olduqlarını demək doğru olmaz. 60-70% hazır olduqlarını demək olar. Gedişatda forma yığacaqlar.

Yeni transferləri gördük. Daha çox "Qarabağ"da dəyişiklikləri gördük. Əksəriyyəti sonradan oyuna daxil oldu. Bu da normaldır. Qeyd etdiyim kimi şanslar yüksəkdir.

Ancaq qarşıda cavab görüşləri var. Klublarımız hər biri qonaq meydanında oynayacağı üçün arxayınlaşmaq olmaz. "Qarabağ" və "Sabah" uzaq məsafə qət etməli olacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur