“Neftçi” üçün Bakıya gəldi, müqavilə bağlandı - FOTOLAR

20:40 Neftçi 412
“Neftçi” üçün Bakıya gəldi, müqavilə bağlandı - FOTOLAR

Bundan sonra “Neftçi”nin hüquqlarını türkiyəli vəkil qoruyacaq.

Ölkəmizin ən köklü klubu ilə advokat arasında müqavilə bağlanıb.

Emin Özkurt adlı şəxs bir neçə gün əvvəl Bakıya gələrək klubun bazasını ziyarət edib, rəsmilərlə görüşüb.

Qərara alınıb ki, “Neftçi”nin gələcəkdə mümkün məhkəmə və transfer məsələlərindəki hüquqlarını Öztürkün rəhbərlik etdiyi şirkət qorusun.

Səbəbkar “instagram” hesabına etdiyi paylaşımda bunları yazıb:

“Yeni bir dönəmə, böyük bir qürurla addım atırıq.

Azərbaycanın ən köklü klublarından “Neftçi”nin rəsmi hüquq məsləhətçisi və klubun vəkilliyinə sahib olduq. Türkiyə mərkəzi hüquq bürosu olaraq idman hüquqlu uzmanlığımızı beynəlxalq arenalara daşımaqdan və klubun FİFA, UEFA ilə transfer proseslərini idarə edən olmaqdan qürur duyuruq.

Bu işbirliyi bizim üçün təkcə peşəkar uğurdan ibarət deyil. Eyni zamanda “iki dövlət, bir millət” ruhuyla bağlı olduğumuz, can Azərbaycan ilə olan sarsılmaz dostluq və qardaşlıq bağlarımızın, Türküstan coğrafiyası ilə olan qan bağlılığımızın masadakı və yaşıl sahələrdəki möhtəşəm bir əksidir.

Bizə güvənən “Neftçi” PFK rəhbərliyinə və klubun idman direktoru - hörmətli Cenk Sümere təşəkkür edir, birlikdə uğur dolu dönəm diləyirik”.

Emin Özkurt Türkiyədə bir çox yerli və əcnəbi məşqçilərlə, futbolçularla, eləcə də klublarla əməkdaşlıq etməsi ilə tanınır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti