“Barselona” yarımmüdafiəçisi Mark Bernalı Markus Reşfordla dəyişmək variantından imtina edib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi ingiltərəli vingerin transferi ilə bağlı danışıqlarda güzəştə getməyə hazır olsa da, anlaşmaya “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernalın da daxil edilməsində israr edib.
Ancaq Kataloniya klubu bu təklifi dərhal rədd edib. İspaniyalı futbolçunun özü də belə bir keçidə maraq göstərməyib.
“Transfermarkt” portalının məlumatına əsasən, Reşfordun bazar dəyəri 40, Bernalın isə 30 milyon avro təşkil edir.
“Mançester Yunayted”in yetirməsi olan 28 yaşlı Reşford ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.

