Azərbaycan UEFA ölkə reytinqində xal hesabını artırıb.
Sportinfo.az xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.
Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib.
Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var.
Bu gün keçiriləcək Avroliqanın “Qarabağ” - “Vestri” matçında Ağdam təmsilçisi müsbət nəticə qazansa, bu da ölkəmizin xal ehtiyatının artmasına səbəb olacaq.
Reytinqə əvvəlkitək İngiltərə (101,852 əmsal) başçılıq edir.

