AFFA U-19 liqasında yeni qərar çıxarmağa hazırlaşır.
Söhbət əsas heyətdə meydana çıxacaq 19 yaşlı oyunçu sayından gedir.
Əvvəlki illərdə əsas heyətdə 19 yaşlı 5 futbolçunun çıxışına icazə verilirdi.
Yeni tətbiq edilməsi planlaşdırılan qaydada sayın 3-ə endirilməsi nəzərdə tutulub.
Klublar isə federasiyanın bu təklifindən narazıdır.
Səbəb isə liqanın başlamasına bir neçə həftə qalmış bu cür addımın atılmasına hazırlıq görülməsidir.
Narazılar bildirib ki, əgər qayda dəyişirsə, bunu ən azı 1 mövsüm əvvəldən xəbərdarıq etmək lazımdır.
Ki, heyət tədricən buna hazırlansın.
İndiki halda isə bir anda verilən qərar klubları çətin vəziyyətə salır.
Bəzi oyunçuların kənarda saxlamaq lazım gəlir.
Kütləvi narazılıqdan sonra AFFA rəsmiləri məsələyə təkrar baxılacağını bildirib.
XANOĞLAN / SPORTİNFO.AZ

