“Sportinfo TV” növbəti xəbər blokunu hazırlayıb.
Aytən Mustafayevanın təqdimatında efirə gedən proqramda bir neçə maraqlı informasiya oxucuların diqqətinə çatdırılıb.
Məlumat verilib ki, Freddi Varqas tezliklə «Neftçi»yə dönə bilər. Belə ki, venesuellalı yarımmüdafiəçi məxsus olduğu İsrail klubundan birdəfəlik ayrılmaq və Bakıya qayıtmaq niyyətindədir.
Cənubi amerikalı legionerin yenidən ağ-qara formanı geyinmək üçün fədakarlıq etməyə hazır olduğu bildirilib.
“Qəbələ” isveçrəli hücumçu ilə anlaşıb. Həmin futbolçu kim olsa yaxşıdır?
Ötən mövsüm “Şamaxı”nın heyətində 10-u Premyer Liqada, 3-u ölkə kubokunda olmaqla 13 qola imza atan Karim Rossi.
32 yaşlı forvardla uzun sürən danışıqlar müsbət nəticə verib. Rossi Asiya ölkələrindən sərfəli təkliflər alsa da, karyerasını özünü rahat hiss etdiyi Azərbaycanda davam etdirməyə razılıq verib.
Xəbər blokunda daha nə var? “Qarabağ“ın gənc istedada sahib çıxmasına dair informasiyanı da buradan eşidə bilərsiz.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

