AFFA rəhbərliyi yığışır - Gündəlikdə hansı məsələlər var?

15:15 Azərbaycan Futbolu 1 086
AFFA rəhbərliyi yığışır - Gündəlikdə hansı məsələlər var?

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı dəyişdirilib.

Bu barədə federasiyadan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, ali qərarverici orqanın toplantısının vaxtı irəli çəkilib. Yığıncaq iyulun 3-də deyil, iyunun 29-da baş tutacaq.

İK-in tədbirinin gündəliyi genişdir.

Burala qurumun yeni texniki direktorunun təyinatının rəsmiləşməsi, aşağı yaş qrupları üzrə yığma komandaların baş məşqçi postlarına seçmələr daxildir.

Həmçinin Əvəzedicilər Liqasının ləğv edilib-edilməməsi müzakirəyə çıxarılacaq.

Premyer Liqa və II Liqaya aid bəzi yeni qərarların verilməsi də istisna olunmur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti