Vüsal qol pası verdi, komandası avrokubokda mərhələ adladı

16 İyul 07:20 Bizimkilər 763
Vüsal qol pası verdi, komandası avrokubokda mərhələ adladı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva” Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Kosovon komandası Albaniya “Vlajniya”sı ilə ev oyununda 5:0 hesablı qələbəyə sevinib.

Səfərdəki ilk oyunda 1:2 hesabıyla uduzmuş Kosovo təmsilçisi növbəti raunda yüksəlib.

İsgəndərli cavab görüşünə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. O, 45+2-ci dəqiqədə vurduqları qolda məhsuldar ötürmə müəllifi olubsa, 46-cı dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!