“Qarabağ”, “Keşlə” və “Neftçi”nin... MƏLUM OLDU

26 Yanvar 00:42 Azərbaycan Futbolu 513
“Qarabağ”, “Keşlə” və “Neftçi”nin... MƏLUM OLDU

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

3 görüşdə Premyer Liqa təmsilçiləri, birində isə I Divizion klubu qələbə qazanıb.

"Qəbələ" "Turan Tovuz"u 2:0, "Zirə" "Qaradağ Lökbatan"ı 4:0, "Kəpəz" isə gözlənilmədən Premyer Liqa təmsilçisi "Sabah"ı 2:1 hesabı ilə üstələyib.

Azərbaycan kuboku
1/4 final

(1/2-7/8 fevral)

"Sumqayıt" - "Səbail"

"Qarabağ" - "Qəbələ"

"Keşlə" - "Kəpəz"

"Neftçi" - "Zirə"

1/8 finalın ilk oyununda "Səbail" "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti