Burada hər kəsi ŞOKa salan qərar - "Bu, nə vacib idi axı?"

3 İyul 22:20 Azarkeş 583
Burada hər kəsi ŞOKa salan qərar - "Bu, nə vacib idi axı?"

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “İmişli” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim etdi.

19 ildən sonra elitaya qayıdan bölgə klubunu əcnəbi mütəxəssis çalışdıracaq.

Aran təmsilçisi portuqaliyalı məşqçi Xorxe Kaskilya ilə anlaşıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Amma avropalının ölkəmizə gətirilməsi birmənalı qarşılanmayıb.

Futbol ictimaiyyətində olduğu kimi, klubun tərəfdarları da rəhbərliyin qərarına sərt etiraz edib.

Anlaşılmaz addıma bu cür reaksiya verilib:

"Heç bir uğuru yoxdur".

"Stadion qalıb qıraqda, atxod məşqçi gətirirlər. Heyif yerli məşqçilərin əziyyətinə..."

"Çempion olası deyil, avrokuboklara gedəsi deyil. Premyer Liqada başını girələyəcək. Bacara bilsə Liqada qalacaq, bacarmayacaq gəldiyi yerə qayıdacaq. Buna görə xarici məşqçi nəyə lazımdır? Bunun bir adı var - büdcədən pul silmək".

"İmişli"ni Liqaya yüksəldən məşqçiyə nə gəlmişdi?".

"Son 10 ildə çalışdığı Heç bir komandada 6 aydan çox işləməyib. Heç bir potensialı görsənmir".

"Bax, nə vacib idi bu?".

"Yerli məşqçilər bundan daha çox xeyir verər. Çexiya üçüncü liqa nədir?"

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu