Rayonda əcnəbinin önünü kəsən fanatla arasında nələr yaşandı? - FOTO

2 Aprel 2025 20:20 Azarkeş 973
Rayonda əcnəbinin önünü kəsən fanatla arasında nələr yaşandı? - FOTO

Rojerio Santos "Kəpəz" azarkeşinin ona sevgisinə qarşılıq verə bilməyib.

Belə ki, Premyer Liqanın 28-ci turunun "Səbail"lə baş tutan görüşdə (1:1) tribunada yer alan bir tərəfdar əlində "Rojerio, formanı mənə ver" yazılı pankart açıb.

Meydanda bunu görməyən portuqaliyalı evə gedərkən həmin fanatla dəhlizin çıxışında qarşılaşıb.

Qolkiper ailəsi ilə birgə olmasına baxmayaraq, ayaq saxlayıb, bir neçə dəqiqə səmimi söhbət etməklə yadda qalıb. Gördüyü diqqətdən məmnunluğunu ifadə edib.

Forma istəyinə isə qarşılıq verə bilməyəcəyini dilə gətirib.

Amma gələcəkdə formasını ona verəcəyini söz verərək ərazidən uzaqlaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!