Uğursuz mövsüm keçirən "Neftçi"nin növbəti rəqibi "Sumqayıt"dır.
"Ağ qaralar" həmin matç öncəsi Roman Qriqorçukun rəhbərliyi altında məşqlərini davam etdirir.
Nəticələr ürəkaçan olmasa da, futbolçuların əhvalının yerində olduğunu demək olar.
Hər halda, komandanın rəsmi səhifəsində son məşqdən çəkilən fotolar belə düşünməyə ciddi əsas verir.
Hər kəsin üzündə təbəssüm diqqət çəkir.
Elə fanatları da bu məqam özündən çıxarıb.
Tərəfdarlar şərh bölümündə uğursuz nəticələrin fonunda şən görünən futbolçuları sərt tənqid ediblər:
"Ramil Şeydayev hələ də "Neftçi"də? Özü-özündən niyə utanmır?"
"Fotolarda Emin Mahmudova niyə yoxdur?"
"Özlərini elə aparırlar ki, guya birinci pillədə qərarlaşıblar".
"Eminin şəkli niyə yoxdur? Sifariş gəlib? Utanın yerə girin".
"Vallah, Londonda məşqə çıxan "Qarabağ"ın futbolçuları belə pozlar vermir".
"Bizə qolların vurulduğu fotolar lazımdır. Daha Badamlı və ya Slaviyankanın reklamı olan yox".
"Ard-arda qələbələrdən sonra "Neftçi"də üzlər gülür".
"İnanın ki, məğlubiyyətlər bunların heç vecinə deyil".
"Boş-boş görüntü yaratmayın, ortaya iş qoyun".
XANOĞLAN/ SPORTİNFO.AZ