“Qarabağ”ın “Neftçi”yə 4 qol vurması necə REZONANS DOĞURDU?

25 Sentyabr 2024 00:30 Azarkeş 1 247
“Qarabağ”ın “Neftçi”yə 4 qol vurması necə REZONANS DOĞURDU?

Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, VII turun oyunlarında qapılara 17 qol vurulub.

Orta məhsuldarlıq 3,40-a bərabər olub.

“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub.

“Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) iki top vurulub.

Tur ərzində məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın I turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar