"Qarabağ"lı ən dəyərli hədiyyəsini hərraca çıxardı - FOTOLAR

21 May 2024 19:40 Azarkeş 2 559
"Qarabağ"lı ən dəyərli hədiyyəsini hərraca çıxardı - FOTOLAR

“Qarabağ”ın azarkeşi klubla bağlı dəyərli hədiyyəsini hərraca çıxarıb.

Söhbət sosial şəbəkələrdə futbol ictimaiyyətinin yaxşı tanıdığı Zəfər Hacılı profilinin sahibindən gedir.

Zəfər serebral iflic və ağır dərəcəli skoliozdan əziyyət çəkir.

Onun sevimli klubundan aldığı özəl hədiyyəni satma səbəbi də müalicələri üçün pula ehtiyacı olmasıdır.

10 ilə yaxındır "Qarabağ FK News" adlı azarkeş səhifəsinin admini olan Zəfər bu barədə öz şəxsi hesabında post paylaşıb:

“Dostlar!

"Qarabağ" klubu tərəfindən mənə hədiyyə edilən Xarıbülbül simvollu və futbolçuların imzası olan bu xüsusi formanı sağlamlıq problemlərimə görə yaranan ehtiyaca səbəbindən satıram. Belə gözəl və özəl bir hədiyyəni satmaq nə qədər ağır olsa da, ehtiyacım olduğu üçün məcburam.

Satış hərrac (auksion) üsulu ilə həyata keçiriləcək. Başlanğıc qiymət: 100₼

Ən yüksək qiyməti təklif edən şəxs formanı əldə edəcək. Təkliflərinizi şərhə əlavə edə bilərsiniz. Şərhdə yazmaq istəməyənlər özələ yaza bilər. Təşəkkür edirəm!”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR