Premyer Liqada belə bir BİABIRÇI mənzərə - FOTO

22:55 Azarkeş 189
Premyer Liqada belə bir BİABIRÇI mənzərə - FOTO

Premyer Liqanın 9-cu turu çərçivəsində “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul etdi.

Muxtar Respublika təmsilçisinin 1:2 hesabı ilə məğlub olduğu görüşü rəsmi protokola əsasən, tribunadan cəmi 300 azarkeş izləyib.

Amma oyunu stadiondan izləyən biri kimi deyə bilərəm ki, arenada maksimum 100-150 nəfər olardı.

Bir Premyer Liqa görüşünün bu qədər azarkeş önündə keçirilməsi həqiqətən üzücüdür.

Daha pisi isə tərəflərdən heç birinin azarkeş qrupunun oyunu izləmək üçün stadiona gəlməməsi idi.

90 dəqiqə ərzində nə “Qəbələ”, nə də “Araz-Naxçıvan” azarkeş qruplarını tribunada gördük.

Bir neçə “Qəbələ” azarkeşi müəyyən məqamlarda səsini eşitdirsə də, “Araz-Naxçıvan” tərəfdən bir nəfər belə yox idi.

Ümumiyyətlə, tribunalarda elə bir səssizlik hökm sürürdü ki, sanki Premyer Liqa matçını deyil, hansısa yoldaşlıq görüşünü izləyirdik.Premyer Liqanın 9-cu turu çərçivəsində “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul etdi.

Muxtar Respublika təmsilçisinin 1:2 hesabı ilə məğlub olduğu görüşü rəsmi protokola əsasən, tribunadan cəmi 300 azarkeş izləyib.

Amma oyunu stadiondan izləyən biri kimi deyə bilərəm ki, arenada maksimum 100-150 nəfər olardı.

Bir Premyer Liqa görüşünün bu qədər azarkeş önündə keçirilməsi həqiqətən üzücüdür.

Daha pisi isə tərəflərdən heç birinin azarkeş qrupunun oyunu izləmək üçün stadiona gəlməməsi idi.

90 dəqiqə ərzində nə “Qəbələ”, nə də “Araz-Naxçıvan” azarkeş qruplarını tribunada gördük.

Bir neçə “Qəbələ” azarkeşi müəyyən məqamlarda səsini eşitdirsə də, “Araz-Naxçıvan” tərəfdən bir nəfər belə yox idi.

Ümumiyyətlə, tribunalarda elə bir səssizlik hökm sürürdü ki, sanki Premyer Liqa matçını deyil, hansısa yoldaşlıq görüşünü izləyirdik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti