Premyer Liqa klubunun rəhbərliyi bu qərarı ona görə verib ki... ŞOK SƏBƏB!

7 Dekabr 2023 17:20 Araz-Naxçıvan 865
Premyer Liqa klubunun rəhbərliyi bu qərarı ona görə verib ki... ŞOK SƏBƏB!

“Araz Naxçıvan”ın Türkiyədə təlim-məşq toplanış keçməkdən son anda imtina etməsinin səbəbi artıq məlumdur.

Redaksiyamıza bəlli olub ki, bu, büdcə ilə bağlı deyil.

Yəni, Muxtar Respublika təmsilçısının Antalya səfərinə yollanmaqdan boyun qaçırması maliyyə çatızmazlığından qaynaqlanmır.

Qərar sırf rəhbərliyə məxsusdur. Komandanın Premyer Liqanın son 4 turunda qələbə qazana bilməməsi yönətimi qeyzləndirib. Onlar bununla əlaqəli narazılığını Azər Bağırovun diqqətinə çatdırıblar.

Baş məşqçiyə bildirilib ki, nəticələr pisləşdiyi üçün ölkə xaricinə çıxmağa dəyməz. Bir sözlə, idarəçilər cəza tədbiri kimi Antalya toplanışının ləğvini seçib.

15 tura 22 xal toplayan “Araz-Naxçıvan” turnir cədvəlinin 5-ci pilləsinə yuvarlanıb. Avrokuboklara vəsiqə qazanmaq iddiası ilə elitaya qayıdan I Liqanın son çempionu Premyer Liqanın axır 4 turunda cəmi 2 xal yığıb.

Bölgə mənsubu “Sumqayıt”a 0:2, “Kəpəz”ə 0:1 hesabıyla uduzub, “Neftçi” və “Səbail”lə 1:1 edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti