Əfran İsmayılov tələbə məhəl qoymadı, 1000 manatlıq “səhv” etdi

31 Avqust 2023 14:20 Araz-Naxçıvan 2 248
Əfran İsmayılov tələbə məhəl qoymadı, 1000 manatlıq “səhv” etdi

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna gənc mütəxəssisin Premyer Liqanın IV turunda “Sumqayıt”la oyundakı davranışı səbəb olub.

İsmayılov matç bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 1-i şərti olmaqla 2 oyunluq cəzaya məruz qalıb. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib.

Bundan başqa, görüş ərzində 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cəriməyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...